Nəzarət-kassa aparatının qeydiyyata alınması

Nəzarət-kassa aparatının qeydiyyata alınması üçün əvvəlcə Vergilər Nazirliyinin veb saytından tələb olunan sənədi yükləyib doldurmalı və müvafiq vergi orqanına təqdim etməlisiniz. Qeydiyyata alınan nəzarət-kassa aparatı ilə əməliyyatlarınızı rəsmi şəkildə həyata keçirə bilərsiniz.

Xidmətin məzmunu

Bu xidmət, nəzarət-kassa aparatının (NKA) qeydiyyata alınmasını əhatə edir.

Xidmətin həyata keçirilmə formaları

1. Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.

2. Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.

3. Xidmət yerinə gəldikdə, müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.

Xidmətin göstərilmə yeri

Xidmət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının inzibati binalarında və vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilir.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

1. Ərizə – elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).

2. Servis Texniki Xidmət Mərkəzinin (STXM) NKA-nın quraşdırılması barədə akt – sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).

3. NKA-da quraşdırılmış elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lenti barədə STXM-in akt – sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).

4. Ərizənin təqdim olunma tarixinə NKA-nın fiskal yaddaşının göstəricisini əks etdirən çek – sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və

ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).

5. Vergi ödəyicisi ilə STXM arasında bağlanmış müqavilə – sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar

İstifadəçi xidmətdən istifadə üçün şəxsən və ya poçt xidməti vasitəsilə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarına müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Struktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə nəzarət-kassa aparatı qeydiyyata alınır və vergi ödəyicisinə qeydiyyat vərəqəsi verilir.

İstifadəçilərin elektron xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndir

ilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Nəzarət kassa aparatının qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması ərizəsi İnternet Vergi idarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən işlənilir. Bu məqsədlə “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə aşağıdakı əməliyyatlar yerinə yetirilir:

1. “Kimə” siyahısından – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.

2. “Müraciətin növü” siyahısından – Ərizə.

3. “Sənədin növü” siyahısından – NKA-nın qeydiyyata alınması və NKA-nın qeydiyyatdan çıxarılması ərizələrindən biri seçilir və “Qəbul” düyməsi sıxılır.

 

Əgər NKA-nın qeydiyyata alınması ərizəsi seçilmişdirsə, açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

 

1. Obyekt kodu seçilir.

2. NKA-nın markası seçilir.

3. Zavod nömrəsi daxil edilir.

4. Sayğacın ilk göstəricisi daxil edilir.

5. Qeydiyyat tarixi daxil edilir.

6. STXM aktının tarixi daxil edilir.

7. Elektron qurğunun tipi seçilir (əgər quraşdırılıbsa).

8. Elektron qurğunun nömrəsi daxil edilir (əgər quraşdırılıbsa).

9. Fiskal yaddaşın göstəricisi daxil edilir.

10. Quraşdırılma aktının tarixi daxil edilir.

11. STXM-in NKA quraşdırma aktı elektron formada əlavə olunur.

12. NKA-nın Fiskal yaddaş çeki elektron formada əlavə olunur.

13. STXM-in EMQ quraşdırma aktı elektron formada əlavə olunur (əgər quraşdırılıbsa).

14. STXM ilə müqavilə elektron formada əlavə olunur (ərizə STXM tərəfindən təqdim edildiyi təqdirdə).

 

Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir. İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün “Qəbul” düyməsini sıxır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsi icra edilir. Təsdiqdən sonra vergi ödəyicisinin elektron ünvanına “NKA-nın qeydiyyata alınması” barədə Bildiriş göndərilir. Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

 

Xidmətidən yararlanmaq elektron üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

İndi Əlaqə Saxlayın

Daha ətraflı məlumat və pulsuz konsultasiya əldə etmək üçün müraciət edə bilərsiniz.

International Consulting Group
Yeni nailiyyətlərə çatmağa hazırsınız?
Gəlin yola birlikdə addımlayaq.