MMC ləğv olunması

Hüquqi şəxsin ləğv edilməsi proseduru ilə bağlı məlumatlar aşağıdakılardır:

1. Normativ sənədlər: Hüquqi şəxslərin ləğv edilməsi proseduru Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Vergi Məcəlləsinin müddəaları ilə tənzimlənir, əlavə olaraq “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu və “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları” da bu prosedurun tənzimlənməsində istifadə olunur.

2. Müraciət forması: Ləğv prosedurunun başlanması üçün tələb olunan müraciət forması kağız formada və ya poçt vasitəsi ilə təqdim olunur.

3. Ləğv edilməsi əsasları: Hüquqi şəxs Mülki Məcəllənin 59-cu maddəsinə əsasən aşağıdakı hallarda ləğv oluna bilər:

   – Təsisçilərinin və ya nizamnamə ilə buna vəkil edilmiş orqanının qərarı ilə,

   – Hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda,

   – Müflis elan olunduqda.

4. Ləğv prosesində təqdim edilən sənədlər: Ləğv prosesində hüquqi şəxs tərəfindən təqdim edilməli olan sənədlər şunlardır:

   – Ləğvetmə komissiyasının təyin edilməsi ilə bağlı qərar,

   – Ləğv barədə qərarın təsdiq edildiyi ərizə,

   – Ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat,

   – Hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd,

   – Möhür.

5. Ərizənin qəbulu zamanı yoxlanılmalı və məlumatlandırılmalı məsələlər: Vergi ödəyicilərinin uçot məlumat bazasında dövlət qeydiyyatı və vergi uçotu ləğv edilən hüquqi şəxslər barədə aşağıdakı məlumatlar yoxlanılmalı və məlumatlandırılmalıdır:

   – Qeydiyyatı və uçotu ləğv edilən hüquqi şəxsin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin mövcudluğu,

   – Hüquqi şəxsə əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olub-olmaması,

   – Hüquqi şəxsin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyektinin olduğu yer üzrə vergi uçotunda olub-olmaması,

   – Hüquqi şəxsin uçota alındığı təsərrüfat subyektinin olduğu yer üzrə nəzarət-kassa aparatının qeydiyyatda olub-olmaması,

   – Hüquqi şəxsin uçota alındığı təsərrüfat subyektinin olduğu yer üzrə Posterminalının qeydiyyatda olub-olmaması,

   – Hüquqi şəxsin aktiv bank hesablarının olub-olmaması,

   – Hüquqi şəxsin dövlət büdcəsinə vergi borcunun olub-olmaması,

   – Hüquqi şəxsin təqdim edilməmiş bəyannamələrinin olub-olmaması.

Bu hallardan biri müşahidə edildikdə, həmin halların aradan qaldırılması ilə əlaqədar zəruri işlər görülməlidir.

Xidmətidən yararlanmaq elektron üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

İndi Əlaqə Saxlayın

Daha ətraflı məlumat və pulsuz konsultasiya əldə etmək üçün müraciət edə bilərsiniz.

International Consulting Group
Yeni nailiyyətlərə çatmağa hazırsınız?
Gəlin yola birlikdə addımlayaq.