"Nəzarət kitabçası, bir təşkilatın, iş yerinin və ya prosesin effektiv və qaydalara uyğun şəkildə idarə edilməsi üçün təyin olunan rəsmi sənəddir. Bu kitabça, təhlükəsizlik, keyfiyyət və sair sahələrdə nəzarət və təhlükəsizlik standartlarına əməl etmək üçün tələb olunan tədbirləri və qaydaları təyin edir."
“Nəzarət kitabçası” itirildikdə və ya yararsız hala düşdükdə xidmət istifadəçilərinin müraciətləri əsasında yeni “Nəzarət kitabçası”nın verilməsinin təmin edilməsi (ilkin qeydiyyat/uçot zamanı “Nəzarət kitabçası” vergi uçotu sənədləri ilə birlikdə vergi ödəyicisinə təqdim edilir).
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yanında Bakı Vergilər Departamentinin, Ərazi Vergilər Baş İdarələrinin və Ərazi Vergilər İdarələrinin vergi ödəyicilərinə xidmət mərkəzlərinin, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının, Rayon Vergilər Şöbələrinin inzibati binaları tərəfindən göstərilir. |
• Ərizə – sənədin əsli.
•”Nəzarət kitabçası” (yararsız hala düşdükdə) – sənədin əsli.
İstifadəçilər xidmət göstərilən qurumlara tələb edilən sənədlərlə birlikdə müraciət edir. Sənədlər xidmət göstərilən qurumlar tərəfindən qəbul edilir və araşdırılır. İstifadəçinin müraciətində və təqdim etdiyi ərizədə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edilmədikdə istifadəçinin ərizəsi (xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə sərbəst formada müraciət ərizəsi təqdim olunmur) qəbul edilir və 15 gün müddətində “Nəzarət kitabçası” hazırlanıb istifadəçiyi təqdim edilir. Sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildikdə, istifadəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilər.
Daha ətraflı məlumat və pulsuz konsultasiya əldə etmək üçün müraciət edə bilərsiniz.