Vergi ödəyicisinin filialının vergi uçotundan çıxarılması Xidməti
Vergi ödəyicisinin filialının vergi uçotundan çıxarılması xidməti vergi ödəyicisi olan müştərilərimizin filialının və ya nümayəndəliyinin vergi uçotundan çıxarılmasını əhatə edir.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
Müştərilər alınmış ərizə göstəriciləri üzrə sistemə daxil edilmiş məlumatların düzgünlüyü yoxlanılır. İmtina üçün əsas olmadıqda vergi ödəyicisinin filial və ya nümayəndəliyinin vergi uçotundan çıxarılması ilə bağlı ərizə onlayn qəqəbul olunur. Xidmətin yerinə yetirilməsi nəticəsində vergi ödəyicisinin filial və ya nümayəndəliyi vergi uçotundan çıxarılır və bu barədə onun elektron ünvanına bildiriş göndərilir. Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
• Ərizə – elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
• Filial, nümayəndəliyin ləğvi haqqında Qərar – sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Xidmətin göstərilmə yeri
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yanında Bakı Vergilər Departamentinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin məzmunu
Şirkətimiz tərəfindən konsaltinq xidmət olaraq, Bu xidmət Vergi ödəyicisinin filialının vergi uçotundan çıxarılmasında köməklik göstəririk.
International Consulting Group Azərbaycanın müxtəlif sahələrində olan şirkətlərə, sektor yönümlü maliyə, mühasibat və vergi kimi konsaltinq xidmətlər göstərir. Şirkətimiz mühasibat uçotunun bərpa olunmasına sizə kömək edəcəyik. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq mükəmməl nəticəyə zəmanət veririk. Verginin optimallaşdırılması, büdcə ayırmalarında mümkün azalma əlavə üstünlük olacaq. Daha ətraflı keçiddən saytımıza daxil olaraq məlumat ala bilər və ya onlayn müraciət edə bilərsiniz.