Vergi ödəyicisinin obyektinin olduğu yer üzrə uçota alınması
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
Xidmətin yerinə yetirilməsi nəticəsində vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) vergi uçotuna alınır və bu barədə onun elektron ünvanına arayış göndərilir. Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin məzmunu
Şirkətimiz tərəfindən konsaltinq xidmət olaraq, Bu xidmət Vergi ödəyicisinin obyektinin olduğu yer üzrə uçota alınması alınmasında köməklik göstəririk
Bu xidmət vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını əhatə edir. |
Vergi ödəyicisinin obyektinin olduğu yer üzrə uçota alınması çün elektron üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər
Vergi ödəyicisinin obyektinin olduğu yer üzrə uçota alınması Prosedurlar
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
• Ərizə – elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
• Təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənəd – sənədin skan edilmiş surəti (elektron qaydada müraciət edildikdə) və ya surəti (xidmət yerinə gəlməklə müraciət edildikdə və ya poçt vasitəsi ilə göndərildikdə).
Xidmətin göstərilmə yeri
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının inzibati binaları, vergi ödəyicilərinə xidmət mərkəzləri.